Apple yeni prosessorunu təqdim etdi
Apple şirkəti One More Thing şüarı ilə növbəti tədbirini keçirib. 11.11.2020-ci il tarixində internet üzərindən yayımlanan konfransda şirkət yeni M1 prosessoru və ondan istifadə edən Mac-ləri nümayiş etdirib.
TED.az xəbər verir ki, şirkət proqram uyğunluğu ilə seçilən Apple M1-in yeni təcrübə olacağını iddia edir. 16 milyard tranzistorla təchiz olunan prosessorun 8 nüvəsi və 4 yüksək sürətli axını var. Beləliklə, Apple M1 dünyanın ən sürətli CPU nüvəsi kimi xarakterizə olunur.
USB 4.0 ilə Thunderbolt əlaqə texnologiyalarını dəstəkləyən prosessor, 8 nüvəli qrafik interfeysdən də istifadə edir. Yüksək performans təklif etməklə yanaşı, az enerji işlədir. Apple M1 10W səviyyəsindəki rəqibləri ilə müqayisədə 2 dəfə daha yaxşı performans göstərir.
Prosessorun 75 faiz az enerji istehlak etməsi də diqqət çəkir.