LG-dən qəribə maska: HAVANI TƏMİZLƏYİR
LG şirkəti tərəfindən hava təmizləyən cihaz təqdim edilib.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən cihaz ev üçün hava təmizləyicilərində istifadə olunan iki filter və iki batareya ilə çalışan ventilyatorla təchiz olunub.
Ventilyatorlar xüsusi sensor vasitəsilə nəfəs aldıqda və ya verdikdə müvafiq olaraq sürəti tənzimləyirlər.
Həmçinin saatda 820 milliamperlik batareyalar sayəsində cihazın az güc rejimində 8 saat, çox güc rejimində isə 2 saat ərzində çalışdığı qeyd olunur.
Sentyabrın 3-dən 5-dək Berlində keçiriləcək İFA 2020 beynəlxalq elektronik və ev ləvazimatları sərgisində nümayiş olunacaq bu cihaz birbaşa koronavirusdan qorunmaq üçün nəzərdə tutulmasa da, bu məqsədlə geniş istifadə olunacağı şübhə doğurmur.