NRYTN genişzolaqlı internetin əhatə dairəsini genişləndirmək üçün yeni texnologiya tətbiq edir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC regionlarda genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə şəbəkə infrastrukturu layihəsi hazırlayıb.
Xeberler.az Trend-ə istinadən bildirir ki, ilkin mərhələdə dörd regionda – Gəncə, Sumqayıt, Abşeron və Masallıda ən yeni GPON (Gigabit Passive Optical Network) texnologiyasından istifadə olunmaqla infrastruktur rekonstruksiya ediləcək:
“Bu işlər başa çatdıqdan sonra növbəti mərhələdə bu texnologiyanın digər regionlarda quraşdırılmasına başlanacaq”.
Qeyd edək ki, GPON texnologiyası istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir.