Gül - hər zaman gözəl hədiyyədir!
Karantin şəraitində evdə olsaq da, məsafədən belə bayramları, ildönümlərini və ad günlərini keçirməyə çalışırıq. Məhz belə çətin vaxtda xüsusi ilə insanlar bir birinə diqqət göstərməlidir və xoş anlar bəxş etməlidir. Buna görə əhval-ruhiyyənin qaldırılması üçün ən gözəl vasitə - güllərdir.
Bəs kimə hansı gülləri hədiyyə etmək düzgündür, buket seçimini necə etmək lazımdır – bu sualları cavablandırmağa calışacayıq.
İlk öncə buket seçərək onun kimə ünvanlandığı vacibdir – adresatın cinsi, yaşı və sizin nəyiniz olmağına nəzər yetirmək lazımdır. Anaya, sevgiliyə və ya iş yoldaşına tamami ilə fərqli güllər təklif etmək məqsədəuyğundur.
Sevimli qadın üçün qırmızı qızıl güllər həmişə aktualdır. Məlum olduğu kimi, onlar məhəbbət və ehtiras rəmzidirlər. Lakin münasibtləriniz yeni başlayıbsa çəhrayi çalarlara üz tuta bilərsiz.
Ananıza və nənənizə gül aldıqda gec solan güllər almanız məsləhətdir. İdeal variant - dibçək gülləridir. Bu halda çəhrayi, narıncı və mavi rənglərə üstünlük vermənizi məsləhət görürük. Güllərin dilində çəhrayi rəng heyranlıq və sevgi, narıncı – sevinc, mavi isə güclü ailə bağları deməkdir.
Qızınıza və ya kiçik bacınıza çəhrayi zambağlar hədiyyə edə bilərsiz. 10 yaşından kiçik qızlar üçün buketlər də kiçik və formaca dairəvi olmalıdır. Buketdə istifadə olunan güllər mütləq əlvan və ya nəcib rəng çalarlarında olmalıdır, heç bir halda tünd olmamalıdırlar. Daha böyük qızlara çəhrayi rəngdə hələ açılmamış gönçəli qızıl güllər münasibdir.
Qadın iş yoldaşınıza bənövşəyi və ya göy rəng güllərdən yığılmış buket çox uyğun olar. Floristikada göy rəng ehtibarlılıq və sabitlik deməkdir, bənövşəyi isə hörmətini ifadə edir. Buket maksimal dərəcədə sadə və minimalıstik olmalıdır. Əgər iş yoldaşınızla dost münasıbətləriniz varsa, ona sarı qiosint və ya zambağ gülü təqdim edin, çünki sarı rəng dostluq rəmzidir.
Qeyd edək ki, kişilər üçün buketlər bir qədər fərqli olur. Kişilərə əsasən qərənfil, qladiolus, anturium, kallalar, xrizantemlərdən yığılmş buketlər təqdim etmək lazımdır.
Bir məqamı nəzərinizə çatdırmaya bilmərik, hər kəsin sevdiyi gül var. Əgər hədiyyə etdiyiniz şəxsin sevdiyi gülləri bilirsizsə bütün qaydaları unudun və məhz bu güldən alın. Beləliklə, qalır onlayn satışı və çatdırılması olan gül butikinə müraciət etmək. Məsələn, elə bizim saytımızın çatdırılma bölməsində yer alan Lilac gül butikinin təkliflərindən yararlana bilərsiz.
Evdə qalaraq və evdən sifariş edərək, yaxınlarınızı sevindirin!