AREA #evdəqal çağırışına qoşuldu
Azerbaijan Robotics Engineering Academy (AREA) "Evdə qalın, təhsildən qalmayın!" çağırışına qoşulub.
TED.az xəbər verir ki, akademiya çağırışa Scratch proqramlaşdırma dili kursunu təqdim etməklə qoşulub.
Kurs 7-11 yaş aralığındakı uşaqlar üçün nəzərdə tutulub.
AREA-dan o da bildirilib ki, kurs uşaqlara ilkin proqramlaşdırma, İT biliklərini aşılamaq üçün mükəmməl proqramdır.
Qeydiyyatdan keçmək istəyənlər BURAYA keçid edə bilərlər.