Onlayn biznes qurmağın əsl vaxtıdır!
Bu gün həm ayrı-ayrı ölkələr çərçivəsində, həm də qlobal səviyyədə pərrakəndə ticarətin öncə tərəfdaşı, sonra isə rəqibinə çevrilən elektron ticarət sahibkarlara, ticarətçilərə və şirkətlərin müştərilərinə yeni və fərqli xidmətlər təklif edir.
Azərbaycanda ümumi ticarətdə elektron ticarətin payı 14%-dir. Eyni zamanda, əhalinin böyük hissəsi fəal şəkildə internetdən, habelə onlayn alış-verişdən istifadə edir. Rəqəmsal texnologiyalar kiçik və iri sahibkarlara məhsullarının satışı üçün məhdudiyyətsiz imkanlar yaradır. Artıq bu gün alıcılar evdən çıxmadan, iş yerindən uzaqlaşmadan mobil tətbiqlərdən və yaxud elektron mağazanın veb-versiyasından istifadə etməklə, məhsulları rahatlıqla əldə edə bilərlər.
Karantin şəraitində hamıya elektron ticarətdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Bu isə bazarda olan vəziyyəti əhəmiyyətli dərəcədə dəyişir və əksər biznes növlərinin sürətli şəkildə adaptasiyasını tələb edir.
Hazırda Azərbaycan əhalisi xarici elektron ticarət platformalarından istifadə edir, amma bizim yerli platformalarımız da mövcuddur. Brandonline texnologiyası buna misal ola bilər. Bu texnologiyanın sayəsində bu gün hər kəs öz internet mağazasını yaradaraq, işini qurmaq imkanına malik ola bilər.
Platformanın üstünlükləri:
- Üç dildə olan sadə və rahat interfeys;
- “Push” və SMS bildirişləri vasitəsilə reklam kampaniyaları haqqında məlumatın göndərilməsi;
- Tək səbət sistemi;
- Kontent üzrə axtarışın optimallaşdırılması üçün zəruri olan bütün məlumatları birləşdirən SEO modulu;
- Müştəri bazasını idarə etməyə, tapşırıqların icra müddətinə nəzarət etməyə, habelə satış effektivliyini artırmağa imkan yaradan mini-CRM sistemi;
- Onlayn ödəniş imkanı;
- Məsləhət və texniki dəstək.
Platformanın baza prinsipləri dəqiqlik, sürətlilik və keyfiyyətdir. Məlumdur ki, istənilən brendin tanınması üçün fərdi yanaşma tətbiq etmək lazımdır və bu işdə Brandonline texnologiyası bizə mükəmməl köməkçi ola bilər!
Özünüzü və yaxınlarınızı qoruyun, evdə qalaraq onlayn biznesinizi qurmağa çalışın!