Azərbaycanda bəzək əşyalarından ibarət əl işi brendləri
Son 2 ildə Azərbaycanda əl işləri məhsullarının istehsalı inkişaf etmişdir.
“Handmade”lərin (əl işləri) ən aktual istiqamətlərindən biri bəzək əşyalarının hazırlanmasıdır. Bu sahədə çox ustalar çalışır və bu gün biz 6 tamamilə müxtəlif üslublarda bəzəkləri yaradan əl işi ustaları haqqında danışacağıq.
Muncuq Jewelry (zərgərlik) - qadın klassikasına üstünlük verən xanımlar üçün Nərminə xanım mirvari və təbii daşlardan nəfis bəzəklər yaradır.
https://instagram.com/muncuq.jewellery?igshid=1f9iox9e2mcwi
Medusa Crafts - modern üslubda pirinçdən bəzək əşyalarını Nərminə adlı zərif bir xanım hazırlayır. Həm sifariş əsasında, həm də hazır məhsullar satılır.
https://instagram.com/medusa.crafts?igshid=1hi14dfcxw6ft
Sven - markasının yaradıcısı olan Aişə, hazırladığı broşlara bütün zövqünü, vaxtını və özünü həsr edir. Muncuq və “mouline” ipləri ilə bəzədilmiş bu broşlar çox parlaq, eyni zamanda isə vulqar deyil. https://instagram.com/sven_azerbaijan?igshid=t6zk4ctb8zx
Jazzy Be - emal olunmamış yarı qiymətli daşlardan futuristik üslubda hazırlanan dəbdəbəli bəzək əşyalarına unikallığı sevən xanımlar laqeyd qala bilməz, çünki hər bir məhsul yeganə nüsxədə hazırlanmışdır.
https://instagram.com/jazzy___be?igshid=lutx3zqy4jon
Piedra Collection - boho stilinin həvəskarları Pərvinin bəzəklərini seçirlər. Sizin üslubunuzu vurğulamaq üçün qolbaqlar, boyunbağılar və sırğalar yarı qiymətli və təbii daşlardan hazırlanır.
https://instagram.com/piedra_collection?igshid=mpkk643icizu
Fleurdecor - Marina polimer gil zərgərlik əşyalarını hazırlayaraq, sanki onlara bir nəfəs verir və beləliklə, indicə dərilmiş güllərə bənzər gül-broşlar yaradır.
https://instagram.com/fleurdecor.az?igshid=cp43bthwlsc8
Brendlərin hər birinin arxasında əl işlərinə özünü həsr edən real insan dayanır. Yerli ustalara sifariş verməklə, siz kiçik biznesi və onların ailələrini dəstəkləmiş olursunuz.
Müəllif: Aysel Aghayeva-Mirzoyeva