Evdə qal, elektron xidmətlərdən yararlan
COVID-19 virusunun yayılması bütün insanların sosial davranışlarını dəyişib. Bu müddət ərzində insanların evlərdə könüllü təcridi onlayn xidmətlər üçün yeni imkanlar yaradır. Epidemiyaya qarşı profilaktik tədbirlər çərçivəsində evlərdə könüllü təcrid olan insanlar təfəfindən onlayn mağazalara, mal və xidmətlərin onlayn sifarişlərinə və onlayn-kinoteatrlara olan tələbatları dəfələrlə artıb.
Köhnə metodlar işləmədikdə, insanlar yenilərini yaratmaq məcburiyyətində qalırlar. Bununla bağlı hələ 1991-ci ildə professor Maykl Porterin yazdığı məqalə “Porter nəzəriyyəsi”nin yaranmasına səbəb olub. Məqalənin mahiyyəti ondan ibarətdir ki, məcburi məhdudiyyətlər innovasiyaların yaranmasına və effektivliyin artmasına təkan verir.
2002-2003-cü illərdə dünyanı SARS virusu bürüdüyü zaman onlayn çatdırılma xidmətlərin inkişafına təsir edəcək proseslər başladı. Bu proseslər “Alibaba” şirkətin tarixində əhəmiyyətli rol oynadı. Belə ki, həmin zamanadək əsasən B2B-yə yönəlmiş şirkət 2003-cü ildə onlayn şəkildə malların alışı və ünvana çatdırılması üzrə “Taobao” servisini yaratdı (https://world.taobao.com/). O zamanlar Çində müxtəlif internet mağazalar mövcud idi və istifadəçilər ən çox eBay internet mağazasıdan istifadə edirdilər. “Taobao” çox qısa müddətdə istifadəçilər arasında ən populyar internet mağaza oldu və bu səbəbdən eBay 2006-cı ildə Çində internet mağazasını bağlamaq məcburiyyətində qaldı.
İndi dünyada “ghost kitchen” (müştərisiz restoran, yalnız ünvana çatdırılma) xidməti artmaqdadır. 2018ci ildə Kitopi (https://www.kitopi.com/) servisi yaradılmışdır. Sürətlə inkişaf edən şirkət hazırda dünya üzrə 30 belə restorana sahibdir. Şirkət 2020-ci ilin sonunadək ABŞ-da 50 və dünya üzrə 100 yeni restoran açmaq niyyətindədir.
Hazırda onlayn çatdırılma – startapların və innovasiya şirkətlərinin əsas inkişaf istiqamətidir. Azərbaycanda müxtəlif internet mağazalar https://aldim.az/, https://www.hamisiburada.az/, https://www.mover.az/, https://limak.az/ və s. fəaliyyət göstərir. Bu mağazalar istifadəçilərə malları həm Azərbaycan anbarlarından, həm də xarici ölkələrdəki anbarlarından çatdırırlar. Alınan malların respublika ərazisinin istənilən nöqtəsinə çatdırılması təmin edilir.
Restoran, kafe və digər ictimai iaişə obyektlərinin müştəriləri üçün də http://nuush.az/, https://wolt.com/az, https://www.metbexler.az/, https://hungry.az/, https://acqalma.az/ və s. saytlar tərəfindən göstərilən onlayn çatdırılma xidmətləri mövcuddur. Hal-hazırda bu istiqamətdə fəaliyyət göstərərən şirkətlərin xidmət bazasının genişləndirilməsi üçün şərait yetişmişdir.
Dərman və tibbi ləvazimatların sifarişi üçün https://aptekstore.az/, https://aptekonline.az/, http://mednot.com/, https://aptek.net/, https://dermantap.az/ saytları fəaliyyət göstərir, dərmanlar haqqında dövlət qeydiyyatı məlumatlarının alınması http://e-sehiyye.gov.az/az/s/123 saytı vasitəsilə mümkündür. Artıq apteklərə getmədən zəruri dərman və tibbi ləvazimatları əldə etmək mümkündür.
Hazırki vəziyyətdə ali və orta təhsil müəssisələrinin bağlanması tele-dərslərin təşkilinə və distant təhsil platformalarının inkişafı üçün imkanlar yaradır. Təhsil Nazirliyinin saytında orta təhsil müəssisələrinin şagirdləri üçün tele-dərslər yerləşdirilmişdir. Azərbaycan Dövlət İqtisad Universiteti tələbələr üçün distant kurslar təşkil edir. Xaricdə fəaliyyət göstərən distant təhsil platformalarının bəziləri tələbələrə əvvəl ödənişli olan onlayn kursları ödənişiz əldə etmək imkanı verir.
Onlayn xidmətlərin və malların alınması həmin xidmət və mallar üçün ödənişlərin də onlayn həyata keçirilməsini daha əlverişli edir. Bugünədək əsasən kommunal və büdcə ödənişləri üçün onlayn ödəniş xidmətləri göstərən https://smartpay.az/, https://apus.az, https://hesab.az/, https://portmanat.az/ və s. saytların potensial imkanları artır və yeni ödəniş xidmətləri təklif etməyə imkan yaradır.