Covid-19 və “Onlayn Biznes”
Bəşəriyyət tarixində son 100 ildə insanlar koronovirus (Covid-19) kimi bir çox virusla qarşılaşmışdır. Bu viruslara misal olaraq, vəba, asiya qripi, ispan qripi, hong kong qripi, ebolo virusu və digər virusların adlarını qeyd edə bilərik.
Düşünürəm ki, koronovirusdan sonra bir çox yeniliklər həyatımıza daxil olacaqdır. Növbəti illərdə həmin yeniliklər daha çox nəzərə çarpacaqdır və bizlər həmin yeniliklərə hazır olmalıyıq.
Yaşanan bu virusdan sonra insanların virusa yoluxmamaq üçün evlərində qalmaq zəruriyyəti olmuşdur. Bəs biz evdə olarkən vaxtımızı necə səmərəli keçirdə bilərik? İlk öncə biz öz bacarıqlarımızı kəşf etməliyik. Misal üçün əgər siz hər hansı xarici dil bilirinizsə, bunu onlayn şəkildə tədris edə bilərsiniz. Sizdə ilk öncə bank hesabınız və onlayn video zəng üçün effektivliyi yoxlanılmış proqramınız olmalıdır. Eyni zamanda, sosial platformda hesabınızın olması işinizi daha geniş kütləyə çatdırmış olursunuz. Beləliklə siz onlayn formada həm evdə olan insanların biliklərini inkişaf etdirmiş, həm də bank hesabınızı artırmış olursunuz.
Hazırda dünyanın inkişaf etmiş ölkələrində ticarət əməliyyatlarının yarıdan çoxu internet vasitəsilə, yəni elektron (onlayn) üsulla həyata keçirilir. "Elektron ticarət haqqında" qanunda qeyd olunur ki, bu ticarət - informasiya sistemlərindən istifadə edilməklə, malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir. Yəni, hər hansı xidmət və ya məhsulun satıcı ilə birbaşa ünsiyyətdə olmadan, internet vasitəsilə satın alınmasıdır. Bunun üçün müştəri satıcının veb-saytına daxil olaraq, almaq istədiyi məhsul və ya xidməti seçməlidir. Sonra müştəri ödəniş aparılacaq veb-sayta istiqamətləndirilir. Ödəniş edildikdən, yəni məhsul və ya xidmətin haqqı müştərinin kart hesabından satıcının bank hesabına köçürüldükdən sonra, satıcı alınmış məhsul və ya xidməti müştəriyə çatdırmalıdır. Elektron ticarət ənənəvi ticarətdən əlavə vəsaitə və vaxta qənaət edilməsi ilə fərqlənir. Həmçinin "elektron mağaza"ların müştəriləri daha çox olur. Bu "mağaza"larada satılan məhsulları dünyanın hər yerdən satın almaq mümkündür. Evdən bayıra çıxmadan istənilən məhsulu və ya xidməti satın ala bilirsiniz. Ölkəmizdə elektron ticarətin geniş yayılmamasının ən ciddi səbəblərindən biri də insanların bu sistemə inamsızlığı ilə bağlıdır. İnsanlar kart hesabları ilə bağlı məlumatları başqaları ilə paylaşmağa çəkinirlər. Lakin, bütün dünyada olduğu kimi ölkəmizdə də elektron ticarət sistemində təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görülür. Məsələn, Visa, Visa Electron, Master Card kimi plastik kartlar xüsusi təhlükəsizkil koduna sahibdirlər. Hətta kartınızın nömrəsi oğurlansa belə, bu kodu bilmədən heç kim sizin hesabınızdan pul çıxarda bilməz. Bundan başqa dünyada SSL (Təhlükəsiz Soketlər Protokolu) şifrələnməsindən istifadə edilir. Məlumatlar bir saytdan digərinə ötürülən zaman şifrələnir. Ölkəmizdə ödəniş sistemlərini təşkil edən şirkətlər də ("Azericard" və "GoldenPay") bu şifrələnmədən istifadə edirlər. Əgər "onlayn mağaza"dan mal almaq istəyirsinizsə bəzi məqamlara diqqət etməniz lazımdır. Belə ki, daxil olduğunuz veb-saytda satıcının - "onlayn mağaza"nın sahibinın adı, ünvanı, əlaqə məlumatları (telefon, faks və elektron poçt ünvanları), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), malların, xidmətlərin qiyməti, çatdırılma haqqını kimin ödəyəcəyi barədə məlumat və elektron müqavilə bağlamaq üçün imkanlar və digər zəruri məlumatların olması vacibdir.
Daha sonra əl qabiliyyətləriniz varsa müxtəlif oyuncaqlar hazırlayıb onlayn platformda satışını edə biləriniz. Bu məşğuliyyət sizin evdə vaxtınızı səmərəli keçirtməyinizə səbəb olacaqdır. Günümüzdə cəmiyyətimizdə ikinci əl əşyaların istifadəsi artmışdır. İnsanlar bəzən maddiyyata qənaət etmək üçün ikinci əl əşyalara üstünlük verirlər. Sizdə həm özünüzə məxsus əşyaları həm də başqalarının əşyalarının satmaq üçün onlayn platformlardan istifadə edə bilərsiniz. Eyni zamanda öz məharətinizlə hazırladığınız aksesuarlar, özəl əl işi paltarlar, şərflər və s. digər məhsullar hazırlayıb evinizdən onlayn platformlarda satışını edə bilərsiniz.
Əksəriyyətimiz müxtəlif səbəblər üzündən az hərəkətli həyat tərzi keçirir və buna bəraət qazandırmaq üçün bir sıra bəhanələr axtarırıq. Biz təmbəlliyimizi işimizin ağırlığı, maddi problemlər, vaxt qıtlığı, stresslər, hava şəraitinin pis olması kimi bəhanələrlə izah etməyə və məsuliyyətdən yayınmağa çalışırıq. Davamlı idman məşqləri insanın müxtəlif xəstəliklərə tutulma riskini azaltmaqla yanaşı, fiziki balansımızda yaratdığı artma ilə əlaqədar işgörmə qabiliyyətimizə, idman göstəricilərimizə, məişətdə fəal olmağımıza, asudə vaxtımızı dəyərləndirmə bacarığımıza da müsbət təsir göstərir. Bildiyiniz kimi, virusla əlaqədar evimizdə oluruq. Əgər sizin idman bilikləriniz varsa siz idmanla bağlı gündəlik ev şəraətində edə biləcəyimiz hərəkətləri onlayn video zənglərlə insanlara çatdıra bilərsiz. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Artan fiziki qabiliyyət və özünə inam hissinin güclənməsinə, həyatdan əldə edilən maddi və mənəvi dəyərlərin düzgün qiymətləndirilməsinə də təsir edir.
Mövzumuzun əvvəlində danışdığımız kimi, əgər hər hansı bacarıqlarınız varsa onları onlayn platformda müəyyən saatlarda tədris edə bilərsiniz. Məsələn əgər siz memarlıq və dizayn proqramlarını bilirsizsə, həmin proqramları komputer arxasında öyrənilmə qaydalarını çəkib onlayn platformlarda yerləşdirə bilərsiz. Həmin videolara baxış sayı sizin bank hesabınızı artırmış olacaqdır.