RəqəmliOL mobil tətbiqi istifadəyə verildi.
İnsanların distant təhsilə, e-səhiyyəyə, onlayn mağazalara və kinoteatrlara, mal və xidmətlərin onlayn sifarişinə olan tələbatını nəzərə alaraq, “Elektron Sosial Aktivlik Sistemi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yaradılmış #reqemliol mobil tətbiqində istifadəçilərə “çağırış və imkanlar”, “təhsil”, “çatdırılma”, “tibb”, “qida” və “əyləncə” kateqoriyaları üzrə onlayn xidmətlər və dolğun məlumatlar bir arada təqdim olunur.
ReqemliOL - Apps on Google Play
Qeyd edək ki, “reqemli.az” platforması 2020-ci ildən Azərbaycanda e-ticarətin inkişafına təkan verilməsi, e-ticarətdə innovasiyaların tətbiqi, əhali arasında müvafiq sahəyə maraq oyadılması, e-ticarətlə məşğul olanlara, startaplara, yeni biznes qurmaq istəyənlərə, eləcə də bu sahədə maraqlı şəxslərə e-ticarətin faydaları, biznesin necə qurulması, bu sahəyə dövlət dəstəyi, vergilərin ödənməsi prinsipləri barədə maarifləndirici məlumatların verilməsi məqsədilə “Elektron Sosial Aktivlik Sistemi” İctimai Birliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə yaradılıb. 2021-ci ildən etibarən layihənin icrasına “Regional İnkişaf” İctimai Birliyi də qoşulub.