Keşbek üçün bank kartı seçimi: müqayisəli cədvəl
Keşbek (cashback) ingilis dilindən tərcümədə "pulun qaytarılması" deməkdir. Dərhal qüvvədə olan endirimdən fərqli olaraq, keşbek keçirdiyiniz maliyyə əməliyyat təsdiqləndikdən sonra geri qaytarılır. Keşbek həm kredit, həm də debet kartlarında mövcuddur.
Banklar, əhali tərəfindən onların kartlarından aktiv şəkildə istifadə edilməsində maraqlıdırlar. Buna görə, motivasiya etmək məqsədilə, ödənilən məbləğin bir hissəsini müştərilərə keşbek qismində geri qaytarırlar. Bank özü də bundan faydalanır – kartlardakı pul dövriyyəsi nə qədər çox olarsa, ortaqlardan daha çox komissiya yığılır. Bundan əlavə, keşbek, banklara yeni müştərilər cəlb etməyə və köhnə müştəriləri saxlamağa kömək edən bir marketinq üsuludur.
Hazırda üç növ keşbek tətbiq olunur. Bu, yalnız klassik pul vəsaitlərinin qaytarılması deyil, həmçinin hesabınızda bonusların, balların və ya millərin toplanması ola bilər.
“Standart” tipli keşbek funksiyası olan bank kartlarını nəzərdən keçirdik və müqayisə etmək üçün cədvəl hazırladıq
Kartmane Debit Bank: Rabitəbank Kartın qiyməti: 10 AZN / 6 USD Keşbek: yanacaqdoldurma məntəqələri – 10% qədər, supermarketlər – 5%, restoranlar – 5% qədər, hər yerdə – 2%, partnyor şəbəkədə – 30% qədər Əlavə xidmətlər: PayPass Sticker, ölkədaxili istənilən ATM-lərdə ayda 5 nağdlaşdırma əməliyyatı pulsuz Məhdudiyyətlər: Hər kart üzrə faiz hesablanacaq maksimal məbləğ: 10000 AZN / 10000 USD Qalığa hesablanan bonus: 4% AZN / 0.25% USD / 0% EUR |
NeoKart Standard Bank: Bank Respublika Kartın qiyməti: 20 AZN Standart Keşbek növü: Bonuslar, millər, mobil dəqiqələr/internet Keşbek: NeoKartı ilə ödənilən hər bir manat 20 NeoBonus qazandırır Əlavə xidmətlər: 2000 Welcome bonus Məhdudiyyətlər: Aylıq konvertasiya üçün maksimal məbləğ 300 AZN təşkil edir Qalığa hesablanan bonus: İllik 3% AZN / 0,1% USD |
Leobank Bank: Unibank Kartın qiyməti: Pulsuz Keşbek növü: pul vəsaiti Keşbek: 20% qədər Faiz dərəcəsi: aylıq 2.3% Kredit xətti: до 10 000 AZN Əlavə xidmətlər: 62 günədək güzəşt müddəti Qalığa hesablanan bonus: İllik 3% |
Bolkart Ailə Debet Bank: Bank of Baku Kartın qiyməti: 12 aylıq – 8 AZN, 24 aylıq – 14 AZN, 36 aylıq – 18 AZN Keşbek növü: Ballar Keşbek: Partnyor mağazalarda 45%-dək, ölkə xaricində (POS-terminallar vasitəsi ilə və ya Beynəlxalq elektron ticarət üzrə) 0,30% Qalığa hesablanan bonus: illik 5% |
TamKart Classic Debet Bank: ABB Kartın qiyməti: 20 AZN Keşbek: Hər ödənişdə 1% kəşbək Əlavə xidmətlər: QayğıCash klubuna üzvlük (ödənişlərinizin 20%-dək hissəsi kartınıza qayıdır) Qalığa hesablanan bonus: 5000 AZN məbləğə illik 2% |
Birkart Cashback Bank: Kapital Bank Kartın qiyməti: Aylıq 2 AZN Keşbek: 1.5%-dən 30%-dək Əlavə xidmətlər: aylıq 500 AZN məbləğində nağdsız ödəniş etdikdə (kredit ödənişləri və köçürmələr istisna olmaqla) həmin ay üçün aylıq xidmət haqqı tutulmur, 40 günədək güzəşt müddəti |
Yelo Light Bank: Yelo Bank Kartın qiyməti: 1 illik – 10 AZN / 3 illik – 15 AZN Keşbek: Hər yerdə 0.5%, partnyorlarda 30%-dək Əlavə xidmətlər: Aylıq 300 AZN və artıq xərclədikdə, daha yüksək cashback faizi (0.8%), kartdakı qalıq məbləğə daha yüksək faiz gəliri, cari kredit borcunun illik 1%-in karta geri qaytarılması Qalığa hesablanan bonus: İllik 5% AZN / 0.1% USD |
ATB card Bank: AzərTürkBank Kartın qiyməti: Birinci kart ödənişsiz Keşbek: 3%-dək Əlavə xidmətlər: 40 günədək faizsiz kredit xətti Məhdudiyyətlər: Onlayn əməliyyatlar üzrə aylıq limit: 100 000 AZN və ya onun xarici valyuta ekvivalenti Kredit xətti: 20000 AZN-dək Qalığa hesablanan bonus: İllik 5% AZN |
Expresso Standart Bank: Expressbank Kartın qiyməti: İllik 5 AZN Keşbek: Ölkədaxili 30%-dək Faiz dərəcəsi: İllik 24% Kredit xətti: 3000 AZN qədər Qalığa hesablanan bonus: İllik 3% |
myCard Standard Bank: AccessBank Kartın qiyməti: 15 AZN Keşbek: Tərəfdaş şəbəkələrində 30%-dək Əlavə xidmətlər: Uçuş reysinin və baqajın gecikməsi hallarından sığortalanma, Hava limanlarının Lounge zallarından istifadə imkanı Qalığa hesablanan bonus: 4% AZN / 0.5% USD |
Keşbek funksiyalı kart seçərkən, xidmət şərtlərindən əlavə, bonus proqramının parametrlərinə də diqqət yetirin: keşbek hesablanmasının ölçüsü və şərtləri, hesablama üsulu, məhdudiyyətlər və sair.
Qeydiyyatdan keçməzdən əvvəl bütün lazımi şərtləri və istifadə qaydalarını nəzərdən keçirin. Düzgün seçilmiş kart alış-verişinizi rahatlıqla ödəməyinizə imkan verəcək və aktiv şəkildə keşbek toplamağa kömək edəcək.