Ford 3 milyon avtomobilini geri çağırdı
Bir çox avtomobildə ortaya çıxan hava yastığı probleminə görə Ford avtomobillərini geri çağırıb.
TED.az xəbər verir ki, geri çağırılan Ford avtomobillərinin sayı 3 milyondur. Fordun verdiyi açıqlamaya görə, hava yastığı səhvləri olan nəqliyyat vasitələri üçün şirkət 610 milyon dollar ayırıb.
Geri çağırışa daxil olan nəqliyyat vasitələrinin 2,7 milyonu ABŞ-da yerləşir. Geri çağırılan modellərə, əsasən, 2006-2012 illərdə istehsal olunan Ranger, Fusion, Edge, Lincoln Zephyr / MKZ, Mercury Milan və Lincoln MKX daxildir.