Galaxy Buds Pro qulaqlığının videosu yayıldı — İlk görüntü
Galaxy Buds Pro-nun bu dəfə təkçə fotosu deyil, videosu da şəbəkəyə “sızıb”.
TED.az xəbər verir ki, sözügedən videonu “Digital Slang” YouTube kanalı təqdim edib.
Görüntülərdən aydın olur ki, daha əvvəl sızdırılan fotolar və məlumatlar tam olaraq özünü doğruldub.
YouTube kanalı 17 dəqiqəlik qutu açması videosunda qulaqlıq barədə geniş məlumat verir. Videodakı kadrlar sözügedən cihazın ilk canlı görüntüsüdür.
Məlumata görə, qulaqlığı 5 saat ərzində enerji mənbəyinə qoşmadan istifadə etmək olar. Naqilsiz qulaqlıq sensorlu idarə paneli ilə təchiz olunub, beləliklə, əvvəlki modellərdən daha həssasdır. Qutuda, həmçinin silikon başlıqlar da mövcuddur.
Vacib məqamlardan biri də cihazın iki növ USB kabel dəliyinə sahib olmasıdır: USB-A və USB-C. Qulaqlığın, həmçinin fərqli funksiyaları da mövcuddur, onların vasitəsilə səsi daha təmiz eşitmək mümkündür.