iPhone 13 modellərindən birində şarj girişi olmayacaq
Apple şirkəti iPhone 13 modellərində simsiz şarj texnologiyasına keçə və iPhone 13 modellərindən birində şarj girişini çıxara bilər.
TED.az xəbər verir ki, bu barədə analitik Jon Prosserin açıqlamalarında deyilir.
Hələlik hansı modelə tətbiq olunacağı məlum deyil.
Ancaq göründüyü kimi bu Apple üçün yalnız başlanğıcdır. Ötən ay keçirilən iPhone 12 tədbirində Apple MagSafe simsiz şarj texnologiyasını təqdim etdi və həqiqətən, simsiz texnologiyalara keçəcəyinə dair siqnallar verdi.