Cənubi Koreyada hazırlanan qatar 1000 km/s sürətlə hərəkət edəcək
Cənubi Koreyada yeni texnologiyalarla təchiz olunmuş sürətli qatarın aerodinamik testlərdə saatda 1000 kilometr sürətə çatdığı açıqlanıb. 1/17 test qatarının 1/1 versiyası 2022-ci ildə sınaqdan keçiriləcək.
TED.az xəbər verir ki, "Hyper-tube" adlı qatar sınaq zamanı atmosfer təzyiqini 0,001 ATM-ə qədər sabitləşdirə bilib. Atmosfer təzyiqi bu günə qədər məlum olan bütün qatarlarda 1 ATM-ə qədər endirilə bilər. Başqa sözlə, Hyper-tube yalnız ən sürətli qatar konsepsiyası deyil, eyni zamanda ən aşağı təzyiqli qatar konsepsiyasıdır.